Mİ
Qəhrəman
Təqaüd
İnkişaf
Qaliblər
Əlaqə
☰
Qaliblər
2025
Uğur Qismətli
VIZJA Universiteti, Beynəlxalq Münasibətlər
Qismətli Uğur Bakı Dövlət Universitetinin Tarix fakültəsində antropologiya ixtisası üzrə bakalavr təhsili almışdır (GPA: 96.55). Hal-hazırda o, Polşanın paytaxtı Varşavada yerləşən Vizja Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsilini davam etdirir. Öz ixtisasından əldə etdiyi biliklər sayəsində tur bələdçisi və tarix müəllimi kimi çalışmışdır. O, təcrübə dövründə BDU-da Türk tarixi fənnindən dərs tədris etmiş, antropogenez, sosial antropologiya və türk savaş üsulları mövzularında araşdırmalar aparmış, həmçinin bu sahələrdə elmi məqalələr yazmışdır. Antropologiyanın ölkəmizdə az tanınması səbəbilə sosial mediada həmin mövzularla bağlı maarifləndirici videolar hazırlayaraq Azərbaycandakı aktual məsələlərə alternativ baxış bucaqları təqdim etməyə çalışır. Qismətli Uğur "Dinc Dünya Araşdırma Mərkəzi"nin təşkil etdiyi "Uğur Düsturları" layihəsində öz sahəsi üzrə təlimçi kimi fəaliyyət göstərmişdir. Məktəb illərində inşa yazı müsabiqələrində, "Xəmsə" və "Breyn Rinq" kimi bilik yarışlarında iştirak etmiş, "Breyn Rinq" yarışında komandası ilə birlikdə birinci yeri qazanmışdır.
2025
Lalə Quliyeva
Eötvös Loránd Universiteti, Data Elmləri
Lalə Quliyeva Azərbaycan Dövlət İqtisad Universitetində tədrisi ingilis dilində aparılan "Maliyyə" ixtisası üzrə bakalavr təhsilini almış və onu 96.26 orta müvəffəqiyyət göstəricisi ilə başa vurmuşdur. Hazırda o, Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən Eötvös Loránd Universitetində "Data Science" ixtisası üzrə magistr təhsilini davam etdirir. Lalə Paşa Holdinq və Paşa Sığorta tərəfindən birgə həyata keçirilən "Əlaçı" təqaüd proqramının 2024–2025-ci il üzrə qaliblərindən biridir. O, həmçinin "Paşa Sığorta"da 6 ay müddətində məlumat analitikası üzrə təcrübə keçmiş və bu sahədə praktiki bacarıqlarını təkmilləşdirmişdir. Lalə özünü müxtəlif sahələrdə sınamağı sevir və fəallığı ilə seçilir. O, XII Qlobal Bakı Forumunda Gənc liderlərin könüllüsü kimi iştirak edərək müxtəlif ölkələrdən olan gənclərlə birgə beynəlxalq tədbirdə təmsil olunmuşdur. Bununla yanaşı, 2 il müddətində sürücülük imtahanına hazırlıq kursunda təlimçi kimi fəaliyyət göstərmiş və yüzlərlə tələbənin sürücülük vəsiqəsi əldə etməsinə kömək etmişdir. Hazırda Lalə 2 ildən artıqdır ki, sosial media meneceri kimi sərbəst şəkildə çalışır. O, həmçinin Microsoft Excel proqramı üzrə təlimçi kimi onlayn dərslər keçərək gənclərin bu sahədə biliklərini artırmağa töhfə verir.
2025
Ləman Bəndiyeva
Eötvös Loránd Universiteti, Geologiya
Ləman Bəndiyeva Azərbaycan-Fransız Universitetində "Geofizika mühəndisliyi" ixtisası üzrə bakalavr təhsilini tamamlamışdır. O, hazırda Macarıstanda yerləşən Eötvös Loránd Universitetində "Geologiya" ixtisası üzrə magistr təhsilini davam etdirir. Təhsil aldığı müddətdə SOCAR-ın "Çalışan tələbə" və "Gənc istedadlar" təqaüdlərinin qalibi olmuş, həmçinin adı çəkilən qurumun müxtəlif departamentlərində təcrübə proqramlarında iştirak edərək ixtisası üzrə peşəkar təcrübə əldə etmişdir. Ləman akademik fəaliyyətinə paralel olaraq sosial yönümlü layihələrdə də fəal iştirak etmişdir. O, ingilis dili danışıq klubları təşkil edərək gənclərin dil və ünsiyyət bacarıqlarının inkişafına töhfə vermiş, müxtəlif layihələr çərçivəsində ingilis və fransız dillərində tərcüməçi kimi fəaliyyət göstərmişdir. Musiqiyə olan marağı sayəsində, o, həm də gitara müəllimliyi ilə məşğul olmuşdur. Gənclərin fərdi inkişafına dəstək verməyi hədəfləyən geniş fəaliyyət dairəsi ilə seçilən Ləman həm akademik, həm də ictimai sahələrdə uğurlarını davam etdirməkdədir.
2024
Çiçək Mollayeva
Vilnüs Universiteti, Molekular Biotexnologiya
Çiçək Mollayeva 2020-ci ildə 501 balla Bakı Dövlət Universiteti Biologiya fakultəsinin “Biologiya” ixtisasına qəbul olmuş və 2024-cü ildə 90.05 ortalama ilə məzun olmuşdur. O, Bakı Dövlət Universiteti Molekulyar Biologiya və Biotexnologiya kafedrası laboratoriyasında təcrübə və təcrübə nəticəsində bir elmi məqalə çap etdirmiş, "Khan Academy" Azərbaycanca layihəsində tərcüməçi olmuş, bir çox ixtisas yönümlü kurslar və layihələrdə iştirak etmiş, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində müavin kimi işləmişdir. Qalibimiz "Womanium Biology - Astrobiology Program" layihəsində xüsusi fərqlənmə ilə təltif olunmuşdur. Çiçək magistr pilləsini Vilnius Universitetində "Molecular Biotechnology" ixtisasına qəbul olmuşdur.
2024
Samirə Hüseynli
Vytautas Maqnus Universiteti, Gələcək Media və Jurnalistika
Samirə Hüseynli 2016-2020-ci illər arasında Bakı Dövlət Universitetinin bakalavr dərəcəsi üzrə Jurnalistika fakültəsi məzunudur. İstər tələbəlik illərində, istərsə də məzun olduqdan sonra Samirə "Bakı Münaqişə Məktəbi", "Demokratiya Məktəbi", "Bakı Jurnalistika Məktəbi", "EU4 Dialogue Changemakers Forum" və digər yerli, eləcə də beynəlxalq təlim və vörkşoplarda iştirak edib. Bakalavr təhsilini bitirdikdən sonra peşə fəaliyyətinə yerli media qurumlarında həm müxbir, həm də sayt admini olaraq davam edib. Samirənin dediyinə görə, ən öyrədici və ən uzunmüddətli peşə fəaliyyəti isə Azadlıq Radiosunun Azərbaycan servisində olub. İki illik müxbirlik fəaliyyəti boyunca Samirə ictimai sorğuların toplanması və redaktəsi, istər Bakı şəhəri, istərsə də ucqarlarda yaşayan vətəndaşların problemlərini işıqlandıran multimedia hekayələrinin hazırlanması və spark kontentlərin redaktəsi ilə məşğul olub. Samirə hazırda magistr dərəcəsi üzrə ilk təhsil ilinə Litvanın Vytautas Magnus Universitetində "Gələcək Media və Jurnalistika" ixtisası üzrə başlayır.
2024
Fatimə Kərimli
Yaqelloniya Universiteti, Beynəlxalq Münasibətlər
Fatimə Kərimli 2020-ci ildə Dövlət İdarəçilik Akademiyasının ''Politologiya'' ixtisasına daxil olmuş və həmin ixtisası 2024-cü ildə fərqlənmə ilə bitirmişdir. Təhsil aldığı müddətdə AIESEC Azərbaycan, Enactus Azərbaycan, Azərbaycan Sahibkarlar Konfederasiyası, İrəli İctimai Birliyi və Gənc Avropa Səfirləri təşkilat və şəbəkələrində aktiv fəaliyyət göstərmiş, yerli və beynəxalq layihələrin idarəedilməsi üzrə təcrübələr qazanmışdır. 2023-cü ilin iyul ayında Dövlət İdarəçilik Akademiyasının Tələbə Elmi Cəmiyyətində aktiv fəaliyyətinə görə ölkəmizi Türkiyənin Bahçeşehir Universitetində təşkil olunmuş “Mədəniyyətlərarası Liderik üzrə Beynəxalq Universitet”-də təmsil etməyə yollanmış və UNESCO-nun “Sülh və Mədəniyyətlərarası Liderlik üzrə Gənc Səfiri” elan olunmuşdur. O, ölkəmizi həm də Polşanın Varşava şəhərində keçirilən “Gənc Liderlərin Avropa Formunda” uğurla təmsil etmişdir. Fatimənin əsas marağı sülh və münaqişə elmlərinə fokuslanıb. O, 2022-ci ildə “Münaqişə Məktəbi” layihəsini bitirmişdir və George Mason Universiteti tərəfindən Vaşinqtonda təşkil olunan “Study Visit” proqramında iştirak etmişdir. Fatimənin əsas məqsədi akademik fəaliyyətini davam etdirmək, Cənubi Qafqaz və Vişeqrad ölkələrində milli kimlik mövzusunu müqayisəli aspektdən araşdırmaq və Azərbaycan dilində akademik ədəbiyyata töhfə verməkdir. Fatimə hal-hazırki tədris ilindən etibarən Polşanın Yaqelloniya universitetində “Beynəxalq Münasibətlər” üzrə magistr təhsilini başlayacaqdır.
2024
Rahil İsazadə
Masarik Universiteti, Beynəlxalq Münasibətlər və Avropa Siyasəti
Rahil İsazadə 2020-ci ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisasına daxil olmuşdur və həmin ixtisası 2024-cü ildə fərqlənmə ilə bitirmişdir. Yeni tədris ilindən etibarən təhsilini Çexiyanın Masarik Universitetində “Beynəlxalq Münasibətlər və Avropa Siyasəti” ixtisasında davam etdirəcək. Rahil 2021-ci ildən etibarən Milliyyət Araşdırmalar Mərkəzində araşdırmaçı olaraq fəaliyyət göstərir. Burada Yaxın Şərqdə millətçilik mövzusunda tədqiqatlar aparmış və "Ərəb millətçiliyinin Osmanlı dövləti daxilində formalaşması" adlı xüsusi bir hesabat təqdim etmişdir. Qalibimiz 2021-ci ilin yayında “Münaqişə məktəbi” layihəsində iştirak etmişdir. Həmçinin, həmin ilin payızında Ankara əsaslı ORSAM beyin mərkəzinin payız proqramında iştirak etmişdir. 2021-ci ildə BMT-nin Azərbaycandakı nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin təşkil etdiyi simulyasiya konfransında, NAM Gənclər Təşkilatı tərəfindən təşkil edilən simulyasiyada, IƏT Model – Beynəlxalq Münasibətlər Akademiyası 2022 və 2023 proqramında iştirak edərək fəallığına görə sertifikatlar ilə təltif olunmuşdur. 2022-2023-cü illərdə QAFSAM tərəfindən həyata keçirilən xüsusi dəstək proqramı daxilində təlimlərə cəlb olunmuşdur. 2023-cü ilin yanvar-aprel aylarında Topçubaşov Mərkəzində təcrubəçi kimi çalışmış və sonda "Beynəlxalq dəniz hüququ aspektindən Yunanistan-Türkiyə arasında davam edən Şərq Aralıq dənizində problemlər: Tərəflərin tezislərinə baxış" mövzusunda araşdırma təqdim edərək təcrübəni tamamlamışdır. 2024-cü ilin may-iyun aylarında Azərbaycan Milli Elmlər Akademiyasında təcrübə keçmiş və “Əlaqələrin Yenilənməsi: Geosiyasi Kontekstdə İnkişaf edən Türkiyə-Misir Münasibətləri” mövzusunda məqalə təqdim etmişdir. Rahilin məqsədi akademik fəaliyyətini Yaxın Şərq və Şərqi Aralıq dənizi regionlarının geosiyasi dinamikaları və burada baş verən siyasi proseslərin araşdırılması sahəsində davam etdirməkdir.
2023
Pərvin Paşalı
Masarik Universiteti, Konflikt və Demokratiya Araşdırmaları
Paşalı Pərvin 2016-cı ildə Bakı Dövlət Universitetinin 'Dövlət və İctimai Münasibətlər' ixtisasına 529 balla qəbul olmuşdur. Təhsil illərində bir çox beynəlxalq və yerli layihələrdə iştirak etmiş, ixtisas biliklərini daha dərinləşdirmişdir. Avropa İttifaqı və Böyük Britaniya krallığı tərəfindən təşkil edilən "Conflict School", İpək Yolu Beynəlxalq Gənclər Təşkilatının təşkil edilən "Gələcəyin Diplomatları", bununla Yanaşı Demokratik Təşəbbüslər İnstutu tərəfindən təşkil olunan liderlik proqramlarının məzunudur. Hal-hazırda Çexiyada, Masaryk Universitetində "Conflict and Democracy" proqramı üzrə təhsil alır.
2023
Rüfət Nağıyev
Tartu Universiteti, İT Hüququ
Rüfət Nağıyev 2019-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Hüquqşünaslıq" ixtisasına qəbul olmuş və 2023-cü ildə ixtisası üzrə 96+ ÜOMG ilə məzun olmuşdur. Tələbə olduğu dövrdə "Scopus" və "HeinOnline" kimi databazalarda dərc olunan BDU Tələbə Hüquq Jurnalında Məqalə Redaktoru və Baş Redaktor kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində yerli və xarici müəlliflərlə əməkdaşlıq etmiş, Redaksiya Heyətinin işinin təşkil olunması, həmçinin jurnalın təmsil edilməsini həyata keçirmişdir. Rüfət, eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə proqramında iştirak etmiş, həmçinin "Kapital Bank" ASC-də hüquqşünas kimi işləmişdir. Rüfət hazırda magistr dərəcəsi üzrə ilk təhsil ilinə Estoniyanın Tartu Universitetində "İT Hüququ" üzrə başlayır.
2023
Azər Qaraşov
Tartu Universiteti, İT Hüququ
Qaraşov Azər 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Təhsil müddəti ərzində bir sıra təlim-tədbirlərə, təcrübə proqramlarına və yarışmalara qoşulmuşdur. Buna misal kimi Topçubaşov adına məhkəmə müsabiqəsi və Knotty game adlanan intellektual oyunları göstərə bilərik. Azər 2017-ci ildə Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasına təhsil səfəri əldə edərək bir sıra təcrübələr qazanmışdır. 2018-ci ildə Bravo kimi tanınan "Azərbaycan Supermarket" MMC-də ilk əmək fəaliyyətimə başlamış, daha sonra "Qala Sığorta" ASC-də və "Expressbank" ASC-də aparıcı hüquqşünas kimi çalışmışdır. Hazırda Estoniyanın Tartu Universitetində İnformasiya və Texnologiya Hüququ üzrə magistr təhsilinə başlayır.
2023
Fatimə Aşumova
Tartu Universiteti, İnnovasiya və Texnologiya İdarəedilməsi
Fatimə Aşumova 2018-ci ildə 630 balla Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin idarə edilməsi" ixtisasına qəbul olmuş və 2022-ci ildə 97 ortalama ilə məzun olmuşdur. Təhsil aldığı müddət ərzində bir sıra yerli və xarici şirkətlərdə biznesin inkişafı və analizi üzrə təcrübə proqramlarında iştirak edərək nəzəri biliklərini praktikada tətbiq etmək şansı əldə etmişdir. Bundan əlavə, Fatimənin könüllü yardım fəaliyyəti də olmuşdur. O, "ISE Charity Club"ın yaradıcı olub və bu dönəmdə yardıma möhtac ailələrə dəstək göstərilməsində aktiv işitrak etmişdir. Hal-hazırda Fatimə təhsilini Estoniyanın Tartu Universitetində "Innovation and Technology Management" ixtisası üzrə davam etdirir. O, bununla yanaşı olaraq, Macarıstanda SOYA İctimai Birliyində layihə meneceri kimi təcrübə keçir.
2022
İlahə Yusifli
Szeged Universiteti, Təhsil Elmləri
İlahə Yusifli 2018-ci ildə Bakı Dövlət Universitetində "Korreksiyaedici təlim" ixtisasına daxil olub və 2021-ci ildə təhsilini 91+ ÜOMG ilə bitirib. Bakalavr təhsilinin başlanğıcında Amerikanın "Georgetown" universitetinin "Uşaq sağlamlığı, təhsili və sosial inkişafı" beynəlxalq proqramına qəbul alıb və uğurla bitirib. Eyni zamanda, ixtisasi ilə bağlı olaraq inkluziv bir bağçada uzun müddət könüllü fəaliyyət göstərib. Bakalavrın son 2 ili boyunca isə ixtisas sahəsində, fərqli uşaq inkişaf mərkəzlərində işləyib. Həmin illər boyunca paralel olaraq dünyaca məşhur "Wisc-R IQ", "Obyektiv-proyektiv" və s. beynəlxalq testlərin təlimini almış, müntəzəm olaraq ixtisas sahəsində elmi konfranslarda iştirak etmişdir. Hal hazırda isə təhsilini Macarıstanın "Szeged" Universitetində "Təhsil Elmləri" üzrə davam etdirir.
2022
Qəndab Həsənova
Tartu Universiteti, Kompüter Elmləri
Qəndab Həsənova 2017-ci ildə 626 balla Bakı Mühəndislik Universitetinin İnformasiya Texnogiyaları ixtisasına qəbul olub və 2022-ci ildə 96.55 ÜOMG ilə ixtisasın Sabah qrupları üzrə fəxri məzunu seçilib. Universitet illəri ərzində fərqli bootcamplara və təlimlərə qoşularaq öz inkişafı üzərində daim çalışıb və İT sahəsində öyrəndiklərini mentor olaraq bu sahəyə yeni başlayanlar ilə paylaşaraq onların inkişafında kiçik də olsa rolunun olmasına səy göstərir. Hazırda təhsilini Estoniyanın Tartu Universitetində “Computer Science” ixtisası üzrə davam etdirir.
2021
Adil Abdurrazaklı
Tartu Universiteti, Proqram Təminatı Mühəndisliyi
Adil Abdurrazaklı 2016-cı ildə 681 balla Bakı Mühəndislik Universitetinin Komputer mühəndisliyi ixtisasına qəbul olmuş, 2021-ci ildə 98 ÜOMG ilə həmin ixtisasın ingilis bölməsindən ixtisas birincisi olaraq məzun olmuşdur. Universitetdəki İKT elmi-tədqiqat mərkəzində mentor/təlimçi kimi fəaliyyət göstərərək bir sıra bootcampların təşkilində iştirak etmiş, İT sahəsindəki biliklərini universitetə yeni qoşulan tələbələrlə bölüşərək onların bu sahədəki imkanlarla daha tez tanış olmasına yardımçı olmuşdur.
2021
Muhəmməd Səmədzadə
Eötvös Loránd Universiteti, Süni İntellekt
Muhəmməd Səmədzadə 2017-ci ildə Fransız-Azərbaycan universitetində (UFAZ) “Kompüter elmləri” üzrə bakalavr dərəcəsinə daxil olmuş və təhsilini 2021-ci ildə 97.7 ÜOMG ilə bitirmişdir. Bakalavr təhsili müddətində ilk əvvəl "İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi və Təlim Mərkəzi", "İnnovasiya Agentliyi" və "Elektron hökumətin inkişafı mərkəzi" kimi qurumlarda təcrübə proqramlarında iştirak etmiş, daha sonra isə "Kiber Təhlükəsizlik" kurslarına seçilmiş 20 tələbə arasında yer almışdır. Hal-hazırda isə təhsilini Macarıstanın ən yaxşı universitetlərindən biri olan Eötvöş Lorand universitetində “Kompüter elmləri” üzrə davam etdirir.
×
EN