Məhəmmədəli
İbrahimli
İşığa çevrilmiş
bir həyat
Məhəmmədəli Mütəllim oğlu İbrahimli 1996-cı il noyabrın 22-də Beyləqanda anadan olmuşdur. Əslən Füzulinin Cuvarlı kəndindəndir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, Azərbaycan Texniki Universitetində isə magistr təhsili almışdır. Məhəmmədəli İbrahimli 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumunda iştirak etmişdir. O, döyüş yoldaşlarının şəhid olduğunu gördükdən sonra erməni mövqelərinə hücum etmiş, qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmişdir. Məhəmmədəli İbrahimli burada baş tutan döyüşlərdə həlak olmuşdur. Onun nəşi müharibədən sonra, dekabr ayında tapılmışdır. Məhəmmədəli İbrahimli 2020-ci il dekabrın 15-də Sabunçu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təqaüd proqramı
Xaricdə magistratura təhsili alan azərbaycanlılar üçün maliyyə dəstəyi.
Daha çox oxu →
İnkişaf Proqramı
23 seçilmiş tələbə üçün illik mentorluq, karyera və şəxsi inkişaf təlimləri, ekspert görüşləri və şəbəkələşmə imkanı təqdim edən proqram.
Daha çox oxu →
Qaliblər
Təqaüd proqramının qalibləri.
Daha çox oxu →