Təqaüd Proqramı

Müraciətlər başa çatmışdır

Proqram haqqında

Məhəmmədəli İbrahimli Təqaüd Proqramı dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistratura səviyyəsi üzrə təhsilini dəstəkləmək məqsədilə yaradılmışdır. Proqram şəhid Məhəmmədəli İbrahimlinin Azərbaycan və azərbaycanlıların inkişafı, təhsil və parlaq gələcəyə sahib olması kimi ideya və məqsədlərinə uyğun olub həm onun xatirəsini yaşatmaq, həm də bu məqsədlərə töhfə verməyi hədəfləyir.

Təqaüd proqramı dünyanın istənilən bölgəsində məskunlaşan və magistratura təhsil pilləsi üçün Vişeqrad (Çexiya, Slovakiya, Macarıstan, Polşa) və ya Baltikyanı (Estoniya, Latviya, Litva) ölkələrin birində yerləşən universitetlərdən qəbul təklifi almış və yaxud həmin səviyyə üzrə təhsilini davam etdirən azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuşdur.

Təqaüd proqramının əsas məqsədi yuxarıda adı çəkilən ölkələrdə magistratura təhsili alacaq tələbələrin yaşayış xərclərinin qarşılanmasına qismən yardım etməkdir.

Təqaüd Proqramının büdcəsi ianələr hesabına formalaşır.

Təqaüd Proqramına müraciət et

İlk mərhələdə müraciətçilər keçid vasitəsilə daxil olmaqla müraciət formunu dolduraraq özləri haqqında lazımi məlumatları daxil etməli və sənədləri yükləməlidirlər. Yüklənilməsi tələb olunan sənədlərdən biri doldurulmuş MISP ərizə formasıdır.

Müraciət formasını aç ↗ MISP ərizə formasını yüklə ↗